Azərbaycan dili (dövlət dili kimi) imtahanının ikinci cəhdinin vaxtı açıqlanıb
12:42 SosialAzərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanının ikinci cəhdinin vaxtı açıqlanıb.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumata görə, Azərbaycan dili (dövlət dili kimi) imtahanının ikinci cəhdi 21 iyun tarixində keçiriləcək.
İmtahan üçün qeydiyyat isə 25 may-2 iyun tarixlərində aparılacaq.
Qeyd edək ki, Azərbaycan dili imtahanı iki dəfə keçirilir. İmtahanın birinci mərhələsi mayın 3-də keçirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31