AQC Naxçıvan nümayəndəliyinə yeni rəhbər təyin olundu

 

media-inshot_20260512_105936878_edit_545014042314435

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbər heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində mühüm görüşlər keçirilib və qurumun regional nümayəndəliyinə yeni rəhbər təyin olunub.

AQC İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə, İdarə Heyətinin sədri Vüqar Oruc və sədrin müşaviri Asif İbrahimov Naxçıvanda bir sıra rəsmi şəxslər və sahə mütəxəssisləri ilə bir araya gəliblər. Görüşlərdə muxtar respublikada qiymətləndirmə fəaliyyətinin canlandırılması və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

media-img-20260512-wa0014

Səfər çərçivəsində AQC-nin Naxçıvan regional nümayəndəliyinə rəhbər təyinatı olub. Belə ki, bu məsuliyyətli vəzifəyə Vahid Axundov gətirilib.

Təqdimat zamanı AQC sədri Vüqar Oruc yeni rəhbərə cəmiyyətin xüsusi döş nişanını təqdim edib. Sədr bildirib ki, Vahid Axundovun rəhbərliyi ilə nümayəndəlik muxtar respublikada qiymətləndirmə standartlarının yüksəldilməsi və şəffaflığın təmin olunması istiqamətində aktiv fəaliyyət göstərəcək.

media-img-20260511-wa0229

Səfər müddətində keçirilən ikitərəfli görüşlərdə Naxçıvan Muxtar Respublikasıda peşəkar qiymətləndirici kadrların hazırlanması daşınmaz əmlak və digər aktivlərin qiymətləndirilməsində yeni metodologiyaların tətbiqi, Zəngəzur dəhlizinin açılması ilə əlaqələrin daha da genişlənməsi, AQC-nin Muxtar Respublikada gələcək fəaliyyət planları ətrafında fikir mübadiləsi aparılıb.

media-img-20260511-wa0228

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31