Bu küçələrdə maşın saxlamaq qadağan OLUNUR

Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək.Milli.Az xəbər verir ki, bu barədə "AzParking MMC"nin məlumatında bildirilib.

Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyyat vasirtələrinin parkinqində məhdudiyyətlər olacaq. Məhdudiyyətdən biri Ağ Şəhər ərazisində, 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı məntəqəni əhatə edəcək. Məhdudiyyət Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində də həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31