Məhsulun istifadə müddəti belə DƏYİŞDİRİLİRMİŞ... - VİDEO

 

Sosial şəbəkələrdə yayılan görüntü geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, paylaşılan videoda içki məhsulunun üzərindəki istifadə müddətinin dəyişdirildiyi görünür. Görüntülərdə məhsulun əvvəlki tarixinin silinərək yerinə yeni tarix yazıldığı əks olunub ki, bu da izləyicilərin diqqətini cəlb edib.

Video qısa müddətdə yayılaraq çoxsaylı şərhlərlə qarşılanıb. İstifadəçilər bunu istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirərək narazılıqlarını bildiriblər. Digərləri isə görüntülərin harada və hansı şəraitdə çəkildiyinin dəqiqləşdirilməsinin vacib olduğunu vurğulayıblar.

Mütəxəssislər qeyd edirlər ki, məhsulların istifadə müddətinin bilərəkdən dəyişdirilməsi qanunvericiliyə ziddir və insan sağlamlığı üçün ciddi risk yarada bilər. Bu kimi hallarla qarşılaşan vətəndaşlara aidiyyəti qurumlara müraciət etmək tövsiyə olunur.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31