Asif Nəsirlinin dəfn yeri və vaxtı açıqlandı
15:15 SosialMilli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, mərhum bu gün doğulub boya-başa çatdığı Göyçay rayonunun Qaraxıdır kəndində dəfn olunacaq.
Bildirilib ki, dəfn mərasimində rayon rəhbərliyinin, eləcə də Səhiyyə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, dəfn mərasimindən sonra mərhumun xatirəsinə ehsan süfrəsi təşkil olunacaq.
Xatırladaq ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31