Bank sektorunda YENİLİK - BTB tam olaraq ABB-yə birləşir

Bank "BTB"-nin ABB-yə inteqrasiyası prosesi davam edir.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, "BTB"səhmdarları tərəfindən bankın ABB-yə çevrilməsi ilə bağlı müraciət olunub və proses mərhələli şəkildə icra edilir:

"Depozitlərin əksəriyyəti ABB-yə keçirilib, kreditlərin keçirilməsi həyata keçirilir".

T.Kazımov bildirib ki, hazırda proses normal qaydada gedir və hər hansı problem müşahidə olunmur:

"Biz hər hansısa bir problem görmürük. Müştərilər də prosesin gedişi ilə bağlı müraciət edir".

Qeys edib ki, yaxın müddətdə bütün aktiv və öhdəliklərin köçürülməsi başa çatacaq:

"Düşünürəm ki, bu ayın axırı, gələn ayın axırı artıq aktivlərin və öhdəliklərin, kredit portfelinin ABB-yə keçirilməsi təmin olunacaq".

Vurğulayıb ki, bu proses çərçivəsində müştərilər üçün heç bir təhlükə yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31