Qarabağ Universitetində magistratura təhsili olacaq? - RƏSMİ
13:21 Sosial"Hazırda Qarabağ Universitetində magistratura səviyyəsi üzrə qəbul aparılmır".
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Qarabağ Universitetindən bildirilib.
Qeyd olunub ki, 2026-2027-ci tədris ili üçün magistratura qəbulunun olub-olmayacağı ilə bağlı hələlik rəsmi qərar verilməyib:
"Qərar qəbul edildiyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək. Universitet yeni fəaliyyətə başladığı üçün təhsil pillələri ilə bağlı qərarlar mütəmadi olaraq yenilənir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31