Qadınların dövlət idarəçiliyi sahəsində fəallığı artıb- ÖZƏL
5 May 11:33 Sosial"Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun bütün fəaliyyət mərhələlərini əhatə edib. Ümumilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə xalqın rifahının yüksəldilməsi, hərtərəfli inkişafın təmin olunması və mühüm dövlət quruculuğu işlərinin həyata keçirilməsi təmin edilib". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib: "Ümummilli liderin zəngin siyasi və dövlətçilik irsi qadınların cəmiyyətdə rolunun güclənməsinə mühüm zəmin yaradıb. Gender bərabərliyinin təmin olunması və qadınların ictimai-siyasi həyatda iştirakının genişlənməsi istiqamətində əsaslı addımlar atılıb, qadınların dövlət idarəçiliyi, təhsil və digər sahələrdə fəallığı artıb. Gənc nəslin milli-mənəvi dəyərlərə sadiqliyi və vətəndaş kimi formalaşması vacibdir. Gənclərin dövlətçilik ənənələrini dərindən öyrənməsi, fəal vətəndaş mövqeyi nümayiş etdirməsi və ölkənin gələcək inkişafında aktiv iştirak etməsi mühüm amildir".