Ailə institutu cəmiyyətin təməl sütunlarından biridir- ÖZƏL

"Ailə institutu cəmiyyətin təməl sütunlarından biridir və onun qorunması, möhkəmləndirilməsi dayanıqlı inkişafın əsas şərtlərindəndir". Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Sağlam ailə modeli yalnız sosial sabitliyin təmin olunmasına deyil, həm də gələcək nəsillərin düzgün formalaşmasına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına birbaşa təsir göstərir.
Eyni zamanda hesab edirəm ki, qadınların ictimai və iqtisadi həyatda fəal iştirakının genişlənməsi, onların hüquq və imkanlarının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsini müəyyən edən əsas amillərdəndir. Bu istiqamətdə həyata keçirilən layihələr və təşəbbüslər qadınların potensialının daha dolğun şəkildə reallaşmasına şərait yaradır.
Həmçinin dayanıqlı inkişaf məqsədləri kontekstində uşaqların hüquqlarının qorunması, onların sağlam, təhlükəsiz və keyfiyyətli mühitdə böyüməsinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Gələcəyimizi formalaşdıran uşaqların hərtərəfli inkişafı üçün dövlət və cəmiyyət olaraq birgə məsuliyyət daşıdığımızı düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31