WUF13-lə bağlı Bakının bəzi küçə və prospektlərində xüsusi hərəkət zolaqları yaradılır
19:03 SosialBakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13 sessiyası (WUF13) ilə əlaqədar olaraq bir sıra küçə və prospektlərdə müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, xüsusi zolaqlar aşağıdakı istiqamətlərdə tətbiq olunacaq:
• Heydər Əliyev prospekti - Aeroport şosesi,
• Abbasqulu ağa Bakıxanov küçəsi,
• Mehdi Abbasov küçəsi,
• Mikayıl Əliyev küçəsi,
• Yusif Səfərov küçəsi,
• Mikayıl Müşfiq küçəsi.
Qeyd olunub ki, sözügedən zolaqlar yalnız müvafiq yol nişanları quraşdırıldıqdan sonra qüvvəyə minəcək.
Agentlikdən vurğulanıb ki, yol nişanları quraşdırılmadığı müddətdə bütün nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadə etməsinə icazə verilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31