BŞİH rəsmisi: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması zamanın çağırışlarına cavab verən düşünülmüş qərardır

2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması zamanın çağırışlarına cavab verən düşünülmüş qərardır. Bu qərar yalnız bir təqvim ili ilə məhdudlaşmır, Bakının şəhərsalma siyasətində yeni mərhələnin, sistemli və beynəlxalq standartlara inteqrasiya olunan inkişaf modelinin davamıdır. Bakıda keçiriləcək WUF13 buna bariz nümunədir.

Milli.Az xəbər verir ki, bu sözləri paytaxtda "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən III Forumun panelində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Metin Hüseynov deyib. 

"Bakının müasir simasını formalaşdıran və artıq qlobal tanıtım elementinə çevrilən memarlıq nümunələri ilə qürur duyuruq. Həmçinin şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Bu sahədə müasir texnologiyaların tətbiqi ilə sənaye tullantılarının azaldılması, alternativ enerji mənbələrinin inkişafı və Xəzər dənizinin mühafizəsi üzrə layihələr uğurla davam etdirilir", - deyə M.Hüseynov vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən sürətli yenidənqurma və bərpa işlərinin həm vətəndaşlarımız, həm də xarici qonaqlar tərəfindən böyük heyranlıqla qarşılandığını söyləyən şöbə müdiri qeyd edib ki, insanlar Qarabağa və Şərqi Zəngəzura hər növbəti səfəri zamanı yeni-yeni nailiyyətlərin şahidi olurlar./AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31