Ata-qız münasibətləri ailənin mənəvi iqliminin formalaşmasında mühüm yer tutur- ÖZƏL

"Ailə hər bir cəmiyyətin əsas sütunudur. Sağlam ailə münasibətlərinin formalaşdığı mühitdə böyüyən gənclər gələcəkdə daha məsuliyyətli, vətənpərvər və dəyərlərinə bağlı vətəndaşlar kimi yetişirlər. Buna görə də ailə dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Müasir dövrdə insanın özünü tanıması, daxili potensialını kəşf etməsi və həyatda düzgün istiqamət müəyyənləşdirməsi olduqca vacibdir. Özünüdərk prosesi insanın həm şəxsi inkişafında, həm də cəmiyyətə faydalı fərd kimi formalaşmasında mühüm rol oynayır.
Ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, anlayış və düzgün ünsiyyət əsas şərtlərdəndir. Xüsusilə ata-qız münasibətləri ailənin mənəvi iqliminin formalaşmasında mühüm yer tutur. Atanın qız övladına göstərdiyi sevgi, diqqət və qayğı onun gələcək həyatına, özünəinamına və şəxsiyyət kimi formalaşmasına birbaşa təsir göstərir.
Ailədə sevgi və etimad mühitinin mövcud olması övladların psixoloji sağlamlığı, sosial münasibətləri və gələcək seçimləri baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan valideynlərin məsuliyyəti olduqca böyükdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31