Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Olaylar Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 29-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsi 300-800 metrədək məhdudlaşa bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31