Attestatlar artıq kağız formada verilməyəcək
12:50 Sosial"Bu tədris ilinin sonunda IX və XI sinif şagirdlərinə verilən attestatlar da elektron qaydada təqdim ediləcək".
Bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib.
Onun sözlərinə görə, bu yenilik təxminən 300 min şagirdi əhatə edəcək və prosesin daha şəffaf, çevik və operativ həyata keçirilməsinə imkan verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31