Yardımlıda Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib- ÖZƏL

Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Təhsil Sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə  görkəmli oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə  Akademik Zərifə Əliyeva adına 1 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Yardımlı RİH Başçısının  birinci müavini Azər Xamiyev, aparatın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elçin Mirzəyev, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, Təhsil Sektorunun müdiri Kamal Təhməzli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin sədri Azər Əkbərov, ictimaiyyət nümayəndələri və bağçanın kollektivi  iştirak ediblər. 
Əvvəlcə  görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, onun Azərbaycan tibb elminə verdiyi töhfələrdən bəhs edilib.
Çıxış edənlər qeyd ediblər ki, Zərifə xanım Əliyeva görkəmli alim, qayğıkeş həkim və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi xalqımızın yaddaşında daim yaşayır. Onun oftalmologiya sahəsində apardığı elmi tədqiqatlar və qazandığı nailiyyətlər bu gün də öz aktuallığını qoruyur.
Daha sonra körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən hazırlanmış şeirlər səsləndirilib.
Tədbirin sonunda körpələr evi-uşaq bağçasının balaca fidanlarına hədiyyələr təqdim olunub. Sonda belə tədbirlərin gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və görkəmli şəxsiyyətlərin irsinin təbliğində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31