Uşaqların özünüifadə imkanlarının genişləndirilməsi vacib amildir- ÖZƏL

"Erkən yaş dövründə uşaqların dil bacarıqlarının və ümumi inkişafının düzgün istiqamətləndirilməsi onların gələcək təhsil həyatında mühüm rol oynayır. Bu mərhələdə uşaqlara göstərilən diqqət və düzgün yanaşma onların sonrakı inkişafının sağlam təməlini formalaşdırır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Məktəbəqədər dövrdə uşaqlarda ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, özünüifadə imkanlarının genişləndirilməsi və sosial münasibətlərə hazırlanması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan ailə, müəllim və mütəxəssis əməkdaşlığı vacib amillərdəndir.
Müəllimlərin peşəkar inkişafı, müasir yanaşmalara yiyələnməsi, yeni metodların tətbiqi və davamlı təcrübə mübadiləsi təhsilin keyfiyyətinin artırılmasında əsas amillərdən biridir. Xüsusi təlimlər təhsil sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, onların yeni yanaşmalarla tanış olmasına və daha səmərəli fəaliyyət göstərməsinə mühüm töhfə verir. Ən müxtəlif formada təşəbbüslər uşaqların hərtərəfli inkişafına, sağlam təhsil mühitinin formalaşmasına və gələcək nəslin daha savadlı yetişməsinə mühüm töhfə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31