Məleykə Abbaszadə xarici dil imtahanı ilə bağlı əvvəlki mövqeni səhv saydı
11:36 SosialBuraxılış imtahanlarına xarici dil fənnini əlavə etmək istəmirdik, o vaxtkı təhsil naziri isə etiraz etdi və biz buraxılış imtahanlarına xarici dil fənnini daxil etdik.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, həmin vaxt bəzi məktəblərdə müəllim çatışmazlığı, bəzi məktəblərdə xarici dil fənninin tədris edilməməsi səbəbilə, buraxılış imtahanlarına bu fənni daxil etmək fikri məqsədəuyğun hesab edilməyib.
"İndi isə başa düşürəm ki, o vaxt bizim etirazımız səhv imiş. Biz imtahanlarımızı beynəlxalq imtahanlara uyğunlaşdırıq. 100 min adamın danışmağını yoxlamaq üçün eyni qədər müəllim tələb edilir, bu isə mümkünsüzdür.
Dinləmə imtahanında pis eşitdiklərini deyirlər. Dili eşidib anlamağı bacarmayan şəxs elə bilir ki, danışan pis danışır və ya eşidə bilmir".