Qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılıb-Özəl

"Azərbaycan xalqı qadına, onun cəmiyyətdəki roluna və mənəvi mövqeyinə hər zaman böyük hörmətlə yanaşıb. Vətən, torpaq və ana anlayışları xalqımızın milli dəyərlərində və ədəbiyyatında daim vəhdət təşkil edib, Azərbaycan qadınının mərdliyi, saflığı və fədakarlığı isə sənət və ədəbi nümunələrdə geniş şəkildə əks olunub". "Olaylar" xəbər verir ki, bunu YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib: "Azərbaycanda qadın hərəkatının genişlənməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yeni mərhələyə qədəm qoyub. Məhz bu dövrdə qadınların ictimai-siyasi həyatda fəallığının artırılması, onların dövlət idarəçiliyində təmsil olunması istiqamətində mühüm addımlar atılıb. 1998-ci ildə yaradılmış Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi qadınların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayıb. 1995-ci ildə qəbul edilmiş Konstitusiya isə qadın və kişilərin bərabər hüquqlarını hüquqi müstəvidə təsbit edib.
Bu gün Azərbaycanda qadın siyasəti Ulu Öndərin müəyyən etdiyi strateji xətt üzrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qadınlara göstərdiyi yüksək diqqət və qayğı onların cəmiyyətin bütün sahələrində daha fəal iştirakına geniş imkanlar yaradıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkədə qadın hərəkatının inkişafında və ictimai fəallığın artırılmasında mühüm xidmətləri mövcuddur. Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə müasir Azərbaycan qadınının nümunəsini formalaşdıraraq humanizm, qayğıkeşlik və ictimai məsuliyyət dəyərlərini uğurla təcəssüm etdirir. Bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin qadın siyasəti dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31