Şəhərsalma və memarlıq siyasətinin əsasları Ulu Öndər tərəfindən formalaşdırılıb- ÖZƏL
11:03 Sosial"Ümummilli Lider Heydər Əliyev şəhərsalma siyasətində milli-mənəvi dəyərlərin qorunmasını, tarixi irsin yaşadılmasını və müasir memarlıqla vəhdətin təmin olunmasını əsas prioritet kimi müəyyən etmişdir. Onun rəhbərliyi ilə ölkənin müxtəlif bölgələrində tarixi-memarlıq abidələrinin qorunması və bərpası istiqamətində mühüm layihələr həyata keçirilmişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "Müasir Azərbaycanın şəhərsalma və memarlıq siyasətinin əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın bu sahədə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə milli memarlıq ənənələri müasir şəhərsalma yanaşmaları ilə uğurla uzlaşdırılıb və bu istiqamətdə sistemli inkişaf modeli formalaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri bu siyasətin davamıdır. İşğaldan azad olunmuş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi isə müasir dövrün innovativ yanaşmalarının uğurlu nümunəsi kimi qiymətləndirilməlidir. Bu fakt bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin davamlı tərəqqisinin əsasını təşkil edir və Azərbaycanın gələcək uğurlarına etibarlı zəmin yaradır".