GunAz.az – 10 il: Sözün gücü, xəbərin ünvanı

İnformasiya məkanında öz dəst-xətti, operativliyi və etibarlılığı ilə seçilən GunAz.az xəbər portalı 10 illik yubileyini qeyd edir. On il - davamlı inkişafın, peşəkar jurnalistikanın və oxucu etimadının qazanıldığı bir yolun ifadəsidir.

Yarandığı gündən etibarən GunAz.az cəmiyyətin informasiya tələbatını vaxtında və obyektiv şəkildə qarşılamağı qarşısına məqsəd qoyub. Ölkədə və dünyada baş verən mühüm hadisələri operativ şəkildə çatdırmaqla yanaşı, analitik yazılar, müsahibələr və müxtəlif mövzularda hazırlanan materiallarla oxucu auditoriyasını genişləndirə bilib.

Bu illər ərzində portal yalnız xəbər ötürücüsü kimi yox, həm də ictimai rəyin formalaşmasında rol oynayan güclü media platforması kimi çıxış edib. Dövlətçilik ənənələrinə sadiqliyi, milli dəyərlərə bağlılığı və məsuliyyətli informasiya siyasəti GunAz.az-ın fəaliyyətində əsas xətt kimi özünü göstərib.

Peşəkar komanda, prinsipial mövqe və daim yenilənən yanaşma portalın bugünkü mövqeyini formalaşdırıb. 10 illik yubiley münasibətilə GunAz.az kollektivinə uğurlar arzulayır, fəaliyyətlərində yeni nailiyyətlər, daha geniş oxucu auditoriyası və davamlı inkişaf diləyirik. Qoy bu yol daha böyük uğurların başlanğıcı olsun və portal informasiya məkanında öz sözünü deməyə davam etsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31