Məktəblərdə “Son zəng” tədbirinin tarixi açıqlandı

Bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyun ayının 13-də keçiriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, "Son zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31