Şəhər infrastrukturu leysan yağışlara uyğun tənzimlənməlidir- ÖZƏL
11:05 Sosial"Dünyanın bir çox regionları o cümlədən qardaş Türkiyə leysan yağışlar, sel fəlakəti ilə üzləşib. Yəqinki inşaat mühədisləri, ekspertlər gələcək inşaat işlərində, ümumilikdə şəhərsalma işlərində bu acınacaqlı durumu nəzərə alacaqlar". "Olaylar" xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: "Təəssüf ki, Bakı şəhəri və ətraf qəsəbələrdə də oxşar hallar baş vermişdi. Nəzərə alınmayan belə təbii fəlakətlərdən sığortalanmaq, ciddi itkilərlə üzləşməmək üçün urbanizasiya prosesi ciddi təhlil olunmalıdır. Şəhərin və ətraf qəsəbələrin infrastrukturu gözlənilən təbii fəlakətlərə, leysan yağışlara uyğun tənzimlənməlidir. Əks təqdirdə böyük itkilər qaçılmazdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31