İşıq pulunu ödəyən vətəndaşa yenə məbləğ yazıldı – “Azərişıq” açıqlama verdi
20 Aprel 21:11 SosialSosial şəbəkələrdə elektrik enerjisi ödənişləri ilə bağlı narazılıq paylaşılıb. Vətəndaş bildirib ki, 16 manat məbləğində işıq pulu ödəməsinə baxmayaraq, hesabına əlavə olaraq 2 manat borc yazılıb.
Paylaşımda qeyd olunub ki, ödəniş tam həyata keçirilsə də, sistemdə borcun qalması suallar doğurub və bu hal istifadəçi tərəfindən haqsız hesab edilib.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, qeyd olunan əlavə məbləğ borc deyil, sabit tarif əsasında hesablanıb. Qurumdan verilən məlumata görə, bəzi hallarda bu ödənişlər iki ay üzrə birləşdirilərək abonentin hesabına əlavə olunur.
"Azərişıq" ASC vurğulayıb ki, tətbiq olunan bu yanaşma mövcud qaydalara uyğundur və texniki xarakter daşıyır. Bununla belə, vətəndaşlara tövsiyə olunur ki, hər hansı anlaşılmazlıq yarandıqda aidiyyəti qurumun müştəri xidmətlərinə müraciət etsinlər.