Məktəbəqədər təhsilin inkişafı innovativ yanaşmaların tətbiqi ilə mümkündür- ÖZƏL
20 Aprel 10:37 Sosial"Məktəbəqədər təhsil uşağın gələcək həyatının və təhsil yolunun təməlini təşkil edir. Bu mərhələdə formalaşan bilik və bacarıqlar, sosial və emosional inkişaf sonrakı təhsil pillələrində uğurun əsasını qoyur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Müasir dövrdə məktəbəqədər təhsilin inkişafı yalnız infrastrukturun genişləndirilməsi ilə deyil, eyni zamanda məzmunun yenilənməsi, müəllim hazırlığının gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi ilə mümkün olur.
Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi xüsusi əhəmiyyət daşıyır. Uşaqların fərdi xüsusiyyətlərini nəzərə alan, onların yaradıcılıq potensialını üzə çıxaran və inkişaf etdirən yanaşmaların tətbiqi müasir təhsil modelinin əsas tələblərindəndir. Məktəbəqədər təhsildə çalışan mütəxəssislərin peşəkar inkişafı, valideynlərlə əməkdaşlığın gücləndirilməsi və uşaqlar üçün təhlükəsiz, inkişafyönümlü mühitin yaradılması bu sahənin davamlı inkişafı üçün əsas şərtlərdəndir. Düşünürəm ki, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, yeni yanaşmaların formalaşdırılması və məktəbəqədər təhsil sisteminin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".