Mübariz İbrahimovun arxiv VİDEOsu yayıldı
10:27 SosialAzərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov ilə bağlı sosial şəbəkələrdə yeni görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, arxiv kadrlarında M. İbrahimovun toy məclislərindən birində iştirak etdiyi anlar əks olunub. Onun səmimi davranışları izləyicilərin diqqətini çəkib, video qısa müddətdə geniş yayılaraq maraqla qarşılanıb.
Paylaşım istifadəçilər tərəfindən duyğusal reaksiyalarla müşayiət olunub. Bir çoxları qəhrəmanın yalnız döyüş meydanında deyil, gündəlik həyatda da necə səmimi insan olduğunu vurğulayıb.
Xatırladaq ki, Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə təkbaşına iki ordu arasındakı minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqelərinə daxil olub. O, bir neçə əsgər və zabiti zərərsizləşdirib, daha sonra düşmənin silahlarını özünə qarşı istifadə edərək saatlarla təkbətək döyüş aparıb.
Azərbaycan hərbçisi səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub və göstərdiyi misilsiz igidliyə görə ölkə tarixində xüsusi yer tutub.