Məşhur rejissor vəfat etdi - FOTO

Tanınmış sovet, Rusiya və Belarus kinorejissoru Vyaçeslav Nikiforov 83 yaşında vəfat edib. 

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti məlumat yayıb. 

Vyaçeslav Nikiforov karyerası ərzində 30-dan çox film və serial çəkib. Onun ən məşhur filmləri sırasında "Dövlət sərhədi", "Kral balıqçısı", "Atalar və oğullar" və "Zadəgan quldur Vladimir Dubrovski" var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31