Həcc ziyarətinə sənəd qəbulu dayandırıldı

Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.

Məlumata görə, 1500 yerlik kvota artıq tamamlanıb.

Vüsal Cahangiri qeyd edib ki, sənəd qəbulu dayandırılsa da hələ də müraciət edənlər var:

"Təəssüf ki, yer qalmayıb və bu şəxslər gələn ilə qalır".

Qeyd edək ki, Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də təşkil ediləcək. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31