Suraxanıda ağacəkmə aksiyası təşkil olunub-Özəl
11:51 SosialƏtraf mühitin qorunması və yaşıllıq zonalarının genişləndirilməsi məqsədilə Suraxanı rayonu, Bahar yaşayış sahəsində ağacəkmə aksiyası təşkil olunub. Suraxanı rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, aksiya Huner Group-un dəstəyi, Suraxanı Rayon İcra Hakimiyyəti və Nəfəs İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib.
Tədbir çərçivəsində qeyd olunan ərazidə ümumilikdə 500 Eldar şamı əkilib. Aksiya həm ekoloji tarazlığın qorunmasına töhfə vermək, həm də şəhər mühitində yaşıllıq sahələrinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ağacəkmə aksiyasında yalnız böyüklər deyil, uşaqlar da aktiv iştirak edib. Belə ki, Brave Kids uşaq bağçasının körpələri də tədbirə qoşularaq təbiətə qayğı və ekoloji şüurun formalaşmasına öz töhfələrini veriblər.