Simpozium çərçivəsində 40-dan artıq ölkənin nümayəndələrinin iştirakı ilə nazirlərin dəyirmi masası keçirilib. Həmçinin Ələt Azad İqtisadi Zonasında yerləşən "Silk Way Cargo Village" və Hava Limanı layihəsinin yaşıl sertifikatlaşdırılması məqsədilə "ICAO"nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb. Həmçinin yüksəksəviyyəli görüşdə üzv dövlətlərin nümayəndələri tərəfindən aviasiyanın davamlı, dayanıqlı inkişafına dair fəaliyyətə çağırış "Call to Action" sənədi qəbul olunub.
Simpozium aprelin 16-dək davam edəcək.
