“Bakcell”in baş icraçı direktoru vəzifəsindən ayrılıb

Bakcell MMC-inin baş icraçı direktoru Klaus Müller 14 aprel 2026-cı il tarixində tutduğu vəzifədən ayrılıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Bakcell" məlumat yayıb.

Bildirilib ki, telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib.

Klaus Müllerin rəhbərliyi dövründə "Bakcell" strateji inkişaf mərhələsinə daxil olub, süni intellekt əsaslı həllərin tətbiqi genişlənib, innovativ məhsul və xidmətlər təqdim edilib, şirkətin rebrendinqi həyata keçirilib, xidmət portfeli genişləndirilib və abunəçi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

"Üç ildən artıq müddət ərzində komanda ilə birlikdə xüsusilə süni intellekt əsaslı xidmətlərin inkişafı istiqamətində önəmli nəticələr əldə etdik. Yerli və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə abunəçilərimizə yeni məhsul və imkanlar təqdim etdik. "Bakcell" komandasının hər biz üzvünə göstərdikləri peşəkarlıq və əməkdaşlığa görə təşəkkür edirəm. Əminəm ki, "Bakcell" "Azerconnect Group"un innovasiya ekosisteminin bir hissəsi kimi gələcəkdə də öz uğurlu inkişafını davam etdirəcək", - deyə Klaus Müller qeyd edib.

"Bakcell" Klaus Müllerə şirkətin strateji inkişafına və əldə etdiyi nailiyyətlərə verdiyi töhfəyə görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31