Vado Korovin vəzifəsindən ÇIXARILDI
14:19 Sosial"Space" Televiziyasının təsisçisi kanalın baş direktoru Vado Korovini tutduğu vəzifədən azad edilib.
Manset.az xəbər verir ki, hazırda Space Televiziyasında bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.
Qeyd edək ki, ötən gün Manset.az xəbər portalı Vado Korovinin vəzifəsindən azad ediləcəyi ilə bağlı xəbəri yayımlamışdı. Kanalın direktor müavini Nəriman Əbdüləliyev xəbəri təkzib edərək bu gün iclas keçiriləcəyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31