Balakəndə vəkillər səyyar hüquqi yardım aksiyasında iştirak edib

"Regional İnkişaf" İctimai Birliyi və Azərbaycan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı, Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Balakən Gənclər Evində səyyar hüquqi yardım aksiyası keçirilib. Kollegiyadan "Olaylar"a bildirilib ki, aksiya çərçivəsində Balakən rayon Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara səyyar hüquqi yardım göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin hazırlanmasında dəstək göstərilib, müraciətlər hüquqi baxımdan qiymətləndirilib.
Eyni zamanda vətəndaşlara ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər üzrə hüquqi məsləhətlər verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31