Autizmə yanaşmada yeni mərhələ- ÖZƏL

Aprelin 18-də  "Autizm Araşdırmalar və İnkişaf Forum II - 2026" Forumu keçiriləcək. "Olaylar" xəbər verir ki, Forum  Nizami Kino Mərkəzində baş tutacaq. Forumda Türkiyədən dəvət olunmuş, autizm sahəsində ən zəngin təcrübəyə malik mütəxəssislər bu sahədə öz peşəkar təcrübələrini və bu sahənin inkişafı üçün görülən işləri bölüşəcəklər. 
Forum fərqli baxışları bir araya gətirən, düşüncə və yanaşmanı inkişaf etdirən amillər v real nəticələrə yönələn platformadır. Bu, sadəcə bir forum deyil, daha dərindən anlamaq, fikir mübadiləsi aparmaq və irəliyə doğru real addımlar atmaq üçündür. Tədbir autizm sahəsində bilik, təcrübə və fərqli yanaşmaları bir araya sizlər üçün dəyərli bir mühit olacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31