Daha bir qrup mediatorluğa namizədin yekun imtahanı keçirilib

13 aprel 2026-cı il tarixində mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Mediatorların ilkin hazırlıq kursu"nu başa vuran 25 nəfər mediatorluğa namizədin yekun imtahanı keçirilib. "Olaylar" xəbər verir ki, imtahanda "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılıb. 
Qeyd edək ki, imtahanda Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının nümayəndəsi Kəramət Əliyev namizədlərin bilik və bacarıqlarını yoxlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31