Bu ərazidə qarın hündürlüyü 81 sm-dir - FAKTİKİ HAVA

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi rayonlarında arabir şimşək çaxır, yağış yağır, Şahdağa qar yağması müşahidə olunur.

Bu barədə   Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qar örtüyünün hündürlüyü Şahdağda 81 sm-dir.

Yağıntının miqdarı Şahbuzda 9, Qax (Sarıbaş) və Balakəndə 6, Tovuz və Naxçıvanda 4, Şəki, Oğuz, Culfa, Lənkəran, Daşkəsən, İsmayıllı, Şamaxı, Qəbələ, Qusar, Quba, Mingəçevir, Göyçay, İmişli, Biləsuvar, Gədəbəy, Ağstafa, Gəncə, Naftalan, Şəmkir, Astara, Şərur, Ordubad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dir.

Aprelin 11-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Bərdədə 16, Culfada 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Xızı, Qusar, Xaltan, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31