Şamaxı 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb- ÖZƏL
17:20 SosialŞamaxı 2 saylı mediasiya təşkilatının "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Şamaxı 2 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Olaylar xəbər verir ki, 9 aprel 2026-cı il tarixindən etibarən Şamaxı, Xızı, Siyəzən rayonu üzrə vətəndaşlar Şamaxı 2 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Şamaxı 2 saylı mediasiya təşkilatının direktor Fətullayev Vəfalı Əzizbaba oğludur.
Ünvan: Şamaxı şəhəri, Gənclər küçəsi 21
Email: samaximediasiya@gmail
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31