Millət vəkili süni intellektlə bağlı təlimə qatılıb- ÖZƏL
16:04 SosialMilli Məclisin deputatı Kamal Cəfərov rəhbər şəxslər üçün nəzərdə tutulan təlimi başa vurub. Olaylar xəbər verir ki , bu barədə millət vəkili özü məlumat verib:"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə dövlət qurumlarının rəhbər şəxsləri üçün Stanford Universiteti tərəfindən keçirilən "AI Leadership" proqramını bitirdim.
"Stanford Engineering Center for Global & Online Education" tərəfindən həyata keçirilən və iki gün davam edən təlimin məqsədi dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi üzrə strateji biliklərin artırılması, məlumat yönümlü qərarvermə praktikasının gücləndirilməsi və ölkənin innovasiya ekosisteminin inkişafına institusional dəstəyin genişləndirilməsi idi.
Təlim müddətində süni intellektin idarəetmə proseslərində rolu, tətbiq sahələri, potensial transformasiya imkanları və risklərin idarə olunması ilə bağlı qabaqcıl beynəlxalq yanaşmalarla tanış olduq"