İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ
15:31 SosialMüəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.Məlumata görə, Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.Sənəd qəbulu 13 aprel saat 11:00-dan 20 aprel saat 11:00-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31