"Euronews": Azərbaycandakı şəhərsalma layihələri yeni ideyaların sınaq meydanına çevrilir - VİDEO

Azərbaycanda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri müasir şəhər planlaması üçün yeni ideyaların sınaq meydanına çevrilir.

Olaylar.az xəbər verir ki, bu barədə "Euronews" telekanalının davamlı şəhər inkişafı və postmünaqişə dövründə bərpa prosesində müasir tendensiyalara həsr olunmuş reportajında deyilir.

Məlumatda qeyd olunur ki, ölkəmiz Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlaşdığı bir vaxtda bu təcrübələr qlobal səviyyədə şəhərlərin təkamülü ilə bağlı müzakirələrə mühüm töhfə verir.

Bildirilir ki, Azərbaycan şəhər mühitini daha əlçatan və rahat etmək üçün "15 dəqiqəlik şəhər" və "Yaşıl şəhər" konsepsiyalarından istifadə edir:

"Yaşayış, kommersiya və ictimai xidmət sahələrinin birləşdiyi qarışıq zonaların yaradılması müasir şəhərsalma üçün həlledici amil kimi qiymətləndirilir".

Reportajda rəsmi şəxslərin qiymətləndirmələrinə görə, Azərbaycanda tətbiq olunan bu metodologiya postmünaqişə dövründə ərazilərin bərpası üçün mühüm bir təlimat ("handbook") rolunu oynaya bilər.

Sonda qeyd edilib ki, Ümumdünya Şəhərsalma Forumu yaxınlaşdıqca, beynəlxalq əməkdaşlıq Azərbaycanın qlobal şəhər inkişafı müzakirələrindəki rolunun gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31