Azərbaycanda elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
19:07 Sosial2026-cı ildə Azərbaycanda qeyri-məişət kateqoriyası üzrə paylayıcı elektrik şəbəkəsinə qoşulmaq istəyənlər üçün elektron müraciət kanalı tətbiq ediləcək.
İyunda bununla bağlı normativ hüquqi baza təkmilləşdiriləcək.
Belə ki, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi "Azərişıq" ASC ilə birlikdə 2026-cı il iyunun 1-dək qeyri-məişət kateqoriyası üzrə paylayıcı elektrik şəbəkəsinə qoşulma məqsədilə müraciət edənlər üçün yalnız elektron müraciət kanalının tətbiqi ilə bağlı normativ hüquqi bazanın gücləndirilməsi barədə təklifləri hazırlayıb və aidiyyəti üzrə təqdim etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31