Sabah bu ərazilərdə qaz olmayacaq
19:06 SosialBakının Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində aparılacaq təmir işləri ilə əlaqədar 10.04.2026-cı il saat 10:00-dan etibarən Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31