Tələbə kreditləri ilə bağlı vacib DƏYİŞİKLİK
16:01 SosialTəhsil tələbə krediti üzrə müraciətlərin edilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.
Milli.Az xəbər verir ki, 1 may 2026-cı ildən xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyasının təmin edilməsi planlaşdırılır.
Xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması isə 6 iyun 2026-cı ildən etibarən nəzərdə tutulur.
Həmin tarixdən xidmətin "mygov" platformasında istifadəyə verilməsi (istismar mühitində) də nəzərdə tutulur.
Bu istiqamətdə işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi görəcək./Trend.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31