Övladının dəfnində canlı açan ataya dövlət hər ay bu qədər pul VERİRMİŞ

Xəbər verdiyimiz kimi, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 uşağı dəm qazından zəhərlənib. Aprelin 3-də onlardan biri ölüb. Ata Kamil Cəbrayılovun 2 yaşlı uşağının meyitini qucağına alıb TikTok-da canlı yayıma çıxması və övladını dəfn etməyə pulunun olmadığını deməsi müzakirələrə səbəb olub. İctimaiyyətdə onun belə həssas məqamda bu addımı atması tənqid edilib və TikTok-dan pul qazanmaq cəhdi kimi qiymətləndirilib. Həmçinin ailənin çoxuşaqlı olması səbəbindən müavinət alıb-almaması müzakirə edilib.

Globalinfo.az məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, hazırda ailə hər uşağa görə 140 manat olmaqla ödəniş alır:

"Cəbrayılova Afət Sərdar qızına (Kamil Cəbrayılovun həyat yoldaşı - red.) Dövlət Sosial Müdafiə Fondu tərəfindən 08.04.2022-ci il tarixindən beşdən çox uşağı olan qadınlara görə müavinət təyin edilib".

Buna əsasən, 9 uşağın olduğu Cəbrayılovlar ailəsi təxminən 1260 manat məbləğində müavinət alırmış.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31