6 avtobusun hərəkət sxemi dəyişdirilib
16:18 SosialBakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə "Olaylar"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Dəyişikliyə səbəb Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.
Nəticədə 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti "20-ci sahə dairəsi" - Şəfəq küçəsi ilə təşkil olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31