“Kuruluş Orhan”da şok ayrılıq – məşhur aktyor serialla vidalaşır
14:02 SosialTürkiyə televiziya ekranlarının ən çox izlənilən seriallarından biri olan "Kuruluş Orhan" yeni mövsümdə gözlənilməz xəbər ilə gündəmə gəlib.
Türkiyə mətbuatının məlumatına görə serialın başlıca personajlarından biri olan Boran Alp rolunu canlandıran Yiğit Uçanın layihədən ayrılacağı iddiaları yayılıb.
Bu xəbər serialın izləyiciləri arasında böyük maraq və müzakirələrə səbəb olub.
Xatırladaq ki, Yiğit Uçan 2019-cu ildən etibarən "Kuruluş Osman" Boran Alp obrazını canlandırır və geniş izləyici kütləsinin sevgisini qazana bilib. Onun serialdan necə çıxacağı hələ rəsmi olaraq açıqlanmayıb. Lakin yayılan iddialara görə yaradıcı heyət süjet xəttində dəyişiklik edərək personajın fərqli bir şəkildə vida etməsini planlayır.
Hələ ki, serialın ikinci mövsümü üçün rəsmi qərar verilməyib, bu da layihəyə dair qeyri-müəyyənliyi gücləndirir. Sosial şəbəkələrdə yayılan xəbərlər və izləyici reaksiyaları, Boran Alpın ayrılmasının serialın gələcəyinə ciddi təsir göstərə biləcəyini göstərir.
Qeyd etmək lazımdır ki, hələlik nə Yiğit Uçan, nə də serialın yaradıcı heyəti mövzu ilə bağlı rəsmi açıqlama verib. Buna baxmayaraq, izləyicilər həm yeni mövsüm qərarını, həm də Boran Alpın aqibətini diqqətlə izləyirlər.
Onu da vurğulayaq ki, "Kuruluş Orhan" çərşənbə axşamları yayımlanır və qısa zamanda reytinqlərin mərkəzində dayanmağı bacarıb.