Kimlər mənzil növbəsinə dura bilərlər?- ÖZƏL
15:14 SosialMövcud qanunvericiliyə görə, yaşayış sahəsinə ehtiyacı olan şəxslər yerli icra hakimiyyəti orqanlarında uçota alına bilərlər. Bəs, bu proses hansı qaydada həyata keçirilir? "Olaylar" xəbər verir ki, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş adam başına uçot normasından az təmin olunmuş və az təminatlı hesab edilən istənilən şəxs yaxud ailə, yerli icra hakimiyyəti orqanında yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə dayana bilər.
Uşaqlar üçün sosial xidmət müəssisəsinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunların mənzil təminatı da müvafiq qanunvericiliyə uyğun həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2020-ci il tarixli sərəncamına əsasən, bu sərəncamın qüvvəyə mindiyi tarixdən uçota alınmış uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olunmuş məzunlarının növbəli qaydada mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur.
Vətəndaş yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması məqsədilə rayon (şəhər) icra hakimiyyəti orqanına müraciət etməlidir.