“Rəqəmsal bacarıqlar və ofis proqramları” təlimlərinə start verildi- ÖZƏL

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) rəqəmsal bacarıqların inkişafına yönəlmiş növbəti təlim proqramına start verilib. AƏSMA-dan "Olaylar"a bildirilib ki, Təlim proqramı iştirakçıların müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla təmin olunmasını hədəfləyir.
Təlim çərçivəsində iştirakçılara kompüter savadlılığı, həmçinin rəqəmsal alətlərdən səmərəli istifadə qaydaları öyrədiləcək. Proqram nəzəri biliklərlə yanaşı, praktiki məşğələləri də əhatə edir və iştirakçıların əldə etdikləri bilikləri real iş mühitində tətbiq etmələrinə şərait yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31