Azərbaycanda TikTok istifadəçiləri üçün yeni qayda tətbiq olundu
16:29 Sosial"TikTok" platformasında Azərbaycanla bağlı yenilik tətbiq edilib.Trend xəbər verir ki, artıq paylaşım edən istifadəçilərə Azərbaycan qanunvericiliyinin tələblərini nəzərə almaq tövsiyə olunur.Bildirilib ki, sosial şəbəkədə cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən paylaşımlar edən bir sıra şəxslər məsuliyyətə cəlb olunub.Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən paylaşımların edilməsi qadağandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31