Şimali Kipr Türk Respublikası TDT-yə üzv ölkələrlə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir - Baş nazir

Şimali Kipr Türk Respublikası (ŞKTR) Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan bütün ölkələrlə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Trend xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel Bakıda keçirilən TDT-yə üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin ikinci iclası zamanı bildirib.

"Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlər bütün təşkilat üçün nümunə olmalıdır. Məqsədimiz bu əməkdaşlığı bütün üzv dövlətlərlə inkişaf etdirmək və irəliləyiş əldə etməkdir", - deyə o bildirib.

Üstel vurğulayıb ki, Şimali Kipr Türk Respublikası TDT-də tamhüquqlu üzvlüyə hazırdır.

O həmçinin qeyd edib ki, dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, texnologiya və təhsil sahələrinə diqqət yetirmək vacibdir.

Onun sözlərinə görə, bu sahələr Şərqi Aralıq dənizi regionunun iqtisadi potensialını müəyyən edir və strateji əhəmiyyətə malikdir.

"Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasında təhsil, universitetlər və ictimai institutlar sahəsində əməkdaşlıq gənclərin təhsilini asanlaşdırır və prioritet olmalıdır. Rəqəmsal təhsil və rəqəmsal infrastrukturun inkişafı, o cümlədən məlumatların təhlükəsizliyinin təmin olunması da vacibdir", - deyə Üstel yekunlaşdırıb.

O həmçinin qeyd edib ki, dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün energetika təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, texnologiya və təhsil sahələrinə diqqət yetirmək vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31