300-ə yaxın şəxsə sosial reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində 2021-ci ildən etibarən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsi fəaliyyət göstərir. Nazirlikdən "Olaylar"a bildirilib ki, şöbədə ötən dövr ərzində məişət zorakılığından zərər çəkmiş 291 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib. Onlardan 105-i qadın, 186-sı uşaqdır. Qeyd edilən şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbədə sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial xidmət və sosial-məsləhət yardımı göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31